Yuxarı
    Bağlamaq

    Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə edib

    Qarabağ U-19 Liqasının qalibi olub© Report.az

    Şamaxı. 10 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. 

    "Report"un Şirvan bürosunun verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.

    U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, "qırmızı-qaralar" üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.

    Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi