Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir"

Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" AFFA futbolçuların siqaret və qəlyan çəkmələrinin əleyhinə çıxıb.
Futbol
28 Yanvar , 2020 13:11
Elxan Məmmədov: Futbolçu qəlyan çəkməməlidir
Report / Firi Salim

AFFA futbolçuların siqaret və qəlyan çəkmələrinin əleyhinə çıxıb.

"Report"un məlumatına görə, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib. 

O deyib ki, hər bir komandanın baş məşqçisi intizama məsuliyyət daşıyır: "AFFA-da sağlam həyat tərzini təbliğ edirik. Hətta qəlyana da yox deyirik. Çünki onun da peşəkar idmana mənfi təsiri var. İdmançı öz karyerasını düşünürsə, nəinki siqaret, hətta qəlyan da çəkməməlidir".

E.Məmmədov iki oyunçunun 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən siqaret çəkdikləri üçün uzaqlaşdırıldıqlarını da xatırladıb: "Baş məşqçi Samir Əliyev bizimlə əlaqə saxladı və 2 futbolçunu kənarlaşdırmaq istədiyini bildirdi. Biz isə onun qərarını dəstəklədiyimizi vurğuladıq".

Son xəbərlər

Orphus sistemi