Renat Dadaşovun komanda yoldaşı koronavirusa qalib gəldi

Renat Dadaşovun komanda yoldaşı koronavirusa qalib gəldi İngiltərənin Vulverhempton klubunun futbolçusu Leonardo Kampana koronavirusla bağlı yaşadığı təcrübədən danışıb.
Futbol
7 Aprel , 2020 15:03
Renat Dadaşovun komanda yoldaşı koronavirusa qalib gəldi

İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Leonardo Kampana koronavirusla bağlı yaşadığı təcrübədən danışıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu karantindəki dönəmdə koronavirusdan necə sağalmasından söz açıb.

Gənc forvard ona 2-3 həftə öncə diaqnoz qoyulduğunu söyləyib: "İlk xəstələnən qardaşım oldu, sonra anam və mən. Atam və bacım da bizimlə birlikdə idi. Bu gün özümü yaxşı hiss edirəm. Güman edirəm ki, bütün ailəm virusa yoluxub, çünki hamımız evimdə birlikdə idik".

Ekvadorlu oyunçu məsələ ilə bağlı klubun həkimi ilə danışdığını söyləyib: "Həkim bizə sakit olmağı və iki həftə evdə qalmağı tapşırdı. 16 gün bunu etdik, sonra atam və bacım sağaldı, Ekvadora qayıtdılar. Anam da yaxşı idi və qayıtmalı idi, sonradan uçuşu ləğv etdilər. Ona görə qardaşım və mənimlə birlikdə bir ay İngiltərədə qalacaq".

Kampana virusa yoluxduğu zaman özünü karantinə aldığını deyib: "Bu çətindir, amma mümkünsüz deyil. İndi klub bizi siyahıya əlavə edib, təlim-məşq mərkəzində növbə ilə çalışırıq". 

Qeyd edək ki, "Vulverhempton"da Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da çıxış edir. 21 yaşlı oyunçu hələ ki əsas komandada debüt etməyib. İngiltərə mətbuatı Dadaşovun icarəyə verilə biləcəyini yazıb. 

Son xəbərlər

Orphus sistemi