Uels yığmasının futbolçusunun "Yuventus"dakı əmək haqqı məlum olub

Uels yığmasının futbolçusunun "Yuventus"dakı əmək haqqı məlum olub Bakı. 3 yanvar. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu İngiltərə “Arsenal”ının futbolçusu Aaron Remsi ilə razılıq əldə edib.
Futbol
3 Yanvar , 2019 13:56
Uels yığmasının futbolçusunun Yuventusdakı əmək haqqı məlum olub

Bakı. 3 yanvar. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu İngiltərə “Arsenal”ının futbolçusu Aaron Remsi ilə razılıq əldə edib.

“Report” “Cоrriere dello Sport”a istinadən xəbər verir ki, 28 yaşlı uelsli yarımmüdafiəçi yeni komandasında illik 6,5 milyon avro məvacib alacaq. O, mövsüm ərzində matçların 50 faizindən çoxunda forma geyincəyi təqdirdə, əlavə 500 min avro qazanacaq.

“Arsenal” klubu ilə bu ilin iyununa qədər müqaviləsi olan Remsi “Yuventus”a yayda qoşulacaq. Lakin Turin təmsilçisinin rəhbərliyi onun keçidini qış fasiləsində reallaşdırmaq istəyir.

Qeyd edək ki, daha əvvəl “Yuventus”un idman direktoru Fabio Paratiçi Aaron Remsi ilə maraqlandıqlarını təsdiqləyib. Uels yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb

Son xəbərlər

Orphus sistemi