"Arsenal" klubunun uelsli yarımmüdafiəçisi zədələnib

"Arsenal" klubunun uelsli yarımmüdafiəçisi zədələnib İngiltərənin Arsenal klubunun və Uels milli komandasının futbolçusu Aaron Remsi zədələnib.
Futbol
19 Aprel , 2019 09:34
Arsenal klubunun uelsli yarımmüdafiəçisi zədələnib

İngiltərənin "Arsenal" klubunun və Uels milli komandasının futbolçusu Aaron Remsi zədələnib.

"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi İtaliyada "Napoli"yə 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə əzələsindən xəsarət alıb. Dizaltı vətəri sıradan çıxan oyunçunu 34-cü dəqiqədə Henrix Mxitaryan əvəzləyib.

Baş məşqçi Unay Emeri bildirib ki, qeyri-adilik olmasa, Remsi bir neçə həftə oynamayacaq. O, təcrübəli futbolçunun "Arsenal" forması ilə bir daha meydana çıxa bilməyəcəyinə dair suala isə dəqiq cavab verməyib. Remsinin "topçular"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Daha sonra o, azad agent qismində İtaliya "Yuventus"una keçəcək.

"Napoli"ni üstələyən "Arsenal" Avroliqanın yarımfinalında İspaniya "Valensiya"sı ilə üz-üzə gələcək. Oyunlar mayın 2-də və 9-da olacaq. Final görüşü isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Uels millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. E qrupunda 2 tur arxada qalsa da, hər iki komanda cəmi bir oyun keçirib. Britaniyalılar evdə Slovakiyaya 1:0 hesabı ilə qalib gəlibsə, Nikola Yurçeviçin baş məşqçi olduğu yığma səfərdə Xorvatiyaya uduzub - 1:2. Uels və Azərbaycan arasında ilk görüş sentyabrın 6-da Kardiff şəhərində, təkrar qarşılaşma isə noyabrın 16-da Bakıda olacaq.

Qeyd edək ki, Aron Remsi bu mövsüm bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi