Region Liqasında çıxış etmək üçün AFFA-ya müraciət edən klubların yekun sayı müəyyənləşib

Region Liqasında çıxış etmək üçün AFFA-ya müraciət edən klubların yekun sayı müəyyənləşib Bakı. 27 avqust. REPORT.AZ/ AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirinin 2018-2019 mövsümü üçün qeydiyyat prosesi başa çatıb.
Futbol
27 Avqust , 2018 12:12
Region Liqasında çıxış etmək üçün AFFA-ya müraciət edən klubların yekun sayı müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirinin 2018-2019 mövsümü üçün qeydiyyat prosesi başa çatıb.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin “Report”a verdiyi məlumata görə, turnirdə iştirak üçün 35 komanda müraciət edib. O, hazırda komandaların nümayəndələri ilə görüşlərin aparıldığını söyləyib: “Müraciət edən bütün komandaların vəziyyəti ilə maraqlanırıq. İştirakçının mövsümü sona çatdıra biləcək gücdə olduğuna əmin olmalıyıq. Yekun siyahı yaxın günlərdə təsdiqlənəcək. Komandaların sayı ötən mövsümlə müqayisədə az olmayacaq”.

Qeyd edək ki, ötən mövsüm ilk dəfə keçirilmiş Region Liqasında paytaxt, Şimal-Qərb, eləcə də Mərkəz və Cənub regionlarında olmaqla, hər birində 8, ümumilkdə 32 komanda çıxış edib. Yarışın qalibi Sumqayıtın “Uğur” kollektivi olub.

Son xəbərlər

Orphus sistemi