Yuxarı
    Bağlamaq

    "Real" "Yuventus"un bir oyunçusuna 2 futbolçusunu verməyə hazırdır

    Kral klubu Miralem Pyaniçin xidmətlərində maraqlıdır

    Bakı. 22 fevral. REPORT.AZ/ İspaniyanın "Real" klubu "Yuventus"un (İtaliya) bosniyalı futbolçusu Miralem Pyaniç ilə güclənməyi planlaşdırır.

    "Report" xəbər verir ki, bu barədə Avropa KİV-i yazıb.

    Məlumata görə, İtaliya klubu ilə danışıqlar yaxın günlərdə başlamalıdır. Kral klubu yarımmüdafiəçinin komandaya keçidi üçün turinlilərə İsko və Xames Rodriqesi verməyə hazırdır. Hər iki futbolçu bu yay transferə çıxarılmalıdır.

    Bosniyalı futbolçu cari mövsümdə "Qoca Sinyora"nın heyətində 19 oyun keçirib və 5 dəfə fərqlənməyi bacarıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi