​"Real" və "Mançester Siti" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb - VİDEO

​"Real" və "Mançester Siti" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb - VİDEO Qarşılaşmalar İngiltərə və İspaniyada baş tutub
Futbol
13 Aprel , 2016 01:02
​Real və Mançester Siti Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb - VİDEO

Bakı. 13 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

"Report"un məlumatına görə, qarşılaşmalar İngiltərə və İspaniyada baş tutub.

İngiltərədə keçirilən oyunda "Mançester Siti" 1:0-lıq minimal hesabla PSJ-ni məğlub edib və iki oyunun nəticəsinə görə (ilk oyun 2:2) adını növbəti mərhələyə yazdırıb.

Paralel keçən qarşılaşmada Madrid "Real"ı kiçik möcüzə göstərərək "Volfsburq"u 3:0 hesabı ilə məğlub edib və yekun nəticəyə əsasən (ilk oyun 0:2) yarımfinala çıxan tərəf olub.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

"Mançester Siti" - PSJ - 1:0

Qol: De Bryuyne, 76

"Real" Madrid - "Volfsburq" - 3:0

Qollar: Ronaldu, 16, 17, 77

Son xəbərlər

Orphus sistemi