"Real" və "Bavariya" ÇL-nin 1/4 finalına vəsiqə qazanıb - VİDEO

"Real" və "Bavariya" ÇL-nin 1/4 finalına vəsiqə qazanıb - VİDEO "Arsenal" və "Napoli" mübarizəni dayandırıb
Futbol
8 Mart , 2017 01:39
Real və Bavariya ÇL-nin 1/4 finalına vəsiqə qazanıb - VİDEO

Bakı. 8 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan ilk 2 komanda müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar Almaniya "Bavariya"sı və İspaniya "Real Madrid"idir.

1/8 final mərhələsinin cavab görüşlərində "Bavariya" İngiltərədə "Arsenal"ı, "Real Madrid" isə İtaliyada "Napoli"ni üstələyib.

Almaniya təmsilçisi qollarını "topçular" Loran Koselnının qırmızı vərəqə almasından sonra sıralamağa başlayıb. Nəticədə münhenlilər ilk görüşdəki kimi 5:1 hesablı qələbəyə nail olublar.

"Napoli" isə ilk yarıda Dres Martensin qolundan sonra mərhələ şansı qazanıb. Lakin fasilədən sonra Serxio Ramos neapolluların şanslarını heçə endirib. "Kral klubu"nun ikinci qolu Martensin avtoqolu kimi qeydə alınıb. Oyunda son nöqtəni isə "Real Madrid"in digər futbolçusu Alvaro Morata qoyub - 3:1.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

23:45 "Arsenal” (İngiltərə) – "Bavariya” (Almaniya) - 1:5

Qollar: Teo Uolkott, 20 - Robert Levandovski, 55-penalti ilə. Aryen Robben, 68. Duqlas Kosta, 78. Arturo Vidal, 80; 85

Qırmızı vərəqə: Loran Koselnı, 53 ("Arsenal")

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun – 1:5


23:45 "Napoli” (İtaliya) – "Real Madrid” (İspaniya) - 1:3

Qollar: Dres Martens, 24 - Serxio Ramos, 52. Dres Martens, 57 - öz qapısına. Alvaro Morata, 90+1

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun – 1:3

Son xəbərlər

Orphus sistemi