"Real" "Tottenhem"in baş məşqçisini kluba dəvət etməkdə maraqlıdır

"Real" "Tottenhem"in baş məşqçisini kluba dəvət etməkdə maraqlıdır Madrid klubunun nümayəndələri artıq argentinalı mütəxəssisin ətrafı ilə əlaqə yaradıblar
Futbol
27 Yanvar , 2018 05:58
Real Tottenhemin baş məşqçisini kluba dəvət etməkdə maraqlıdır

Bakı. 27 yanvar. REPORT.AZ/ "Real" rəhbərliyi son uğursuzluqları nəzərə alaraq İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettinonu baş məşqçi vəzifəsinə təyin etmək imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, "Daily Mail" və İspaniyada bəzi mətbu orqanlarının məlumatına görə, Madrid klubunun nümayəndələri argentinalının ətrafı ilə əlaqə yaradıblar və mütəxəssis "Real"da işləməkdə maraqlıdır.

Poçettinonun London klubu ilə sazişi 2021-ci ilə qədər nəzərdə tutulub və əməkdaşlığın vaxtından əvvəl dayandırılmasını nəzərdə tutmur. Odur ki, məşqçi komanda sahibi Daniel Levini onu İspaniyaya buraxmağa razı salmalıdır. Eyni zamanda "Tottenhem"mütəxəssislə yollarını ayırmağa hazır deyil. Çünki "Hotspur"un əsas oyunçular hesab edilən Harri Keyn, Dele Alli və Uqo Lyorisi komandada saxlaması birbaşa Poçettinonun klubda uzunmüddətli gələcəyi ilə əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi