"Real Sosyedad"a yeni baş məşqçi təyin olunub

"Real Sosyedad"a yeni baş məşqçi təyin olunub İmanol Alqvasil mövsümün sonunadək komandanı çalışdıracaq
Futbol
20 Mart , 2018 00:09
Real Sosyedada yeni baş məşqçi təyin olunub

Bakı. 20 mart. REPORT.AZ/ İspaniyanın "Real Sosyedad" klubunu mövsümün sonunadək məşqçi İmanol Alqvasil çalışdıracaq.

“Report” xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Qırx altı yaşlı mütəxəssis bütün məşqçi karyerasını "Real Sosyedad"da keçirib. O, əvvəlcə klubun gənclər, sonra isə ikinci komandası ilə işləyib.

Ötən gün klub rəhbərliyi Eusebio Sakristanı baş məşqçi postundan kənarlaşdırıb. San-Sebastyan klubu İspaniya çempionatının 29 turundan sonra turnir cədvəlində 15-ci yeri tutur və 18-ci pillədə qərarlaşan "Las-Palmas"ı 12 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi