Yuxarı

"Real" "Sevilya”ya qalib gələrək liderliyə yüksəlib

​"Real" "Sevilya”ya qalib gəlib

İspaniya La Liqasının 20-ci turunun matçında Madrid "Real”ı "Sevilya”nı qəbul edib.

"Report” xəbər verir ki, qarşılaşma Madriddə, "Santyaqo Bernabeu" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın ilk qolunu yarımmüdafiəçi Kazemiro vurub. O, 57-ci dəqiqədə topu rəqibin qapısına göndərib.

İkinci hissənin ortasında "Sevilya”nın hücumçusu Lyuk de Yonq hesabı bərabərləşdirib. Lakin 69-cu dəqiqədə Kazemiro dubl edib.

Bununla da "Real”ın İspaniya çempionatında qələbə seriyası 11 matça çatıb. Madrid təmsilçisi 43 xal toplayaraq, yarış cədvəlinə başçılıq edir.

"Sevilya" 35 xalla dördüncü yerdə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi