Bakı. 22 avqust. REPORT.AZ/ İspaniyanın "Real" klubu futbolçusu Pepe ilə müqavilə müddətini artırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, braziliya əsilli müdafiəçi 2017-ci ilə qədər Madrid klubunda top qovacaq.
32 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2016-cı ilin iyununda başa çatacaq. Tərəflər arasında danışıqlar 2 ay davam edib.
Qeyd edək ki, Pepe 2007-ci ildə 30 milyon avro müqabilində "Porto"dan "Real"a transfer olub.