“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq 45 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyona qaldırılacaq
Futbol
12 Avqust , 2017 12:39
“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

Bakı. 12 avqust. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubu əsas komandanın baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayacaq. 

“Report” xəbər verir ki, bunu "AS" nəşri yazıb. 

Məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik saziş imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Z.Zidan 2016-cı il yanvarın 4-də “Real Madrid”in baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisi onun rəhbərliyi altında ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi