"Real Madrid" Zinəddin Zidanın oğlu ilə də yollarını ayırır

"Real Madrid" Zinəddin Zidanın oğlu ilə də yollarını ayırır Bakı. 21 iyun. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək.
Futbol
21 İyun , 2018 14:15
Real Madrid Zinəddin Zidanın oğlu ilə də yollarını ayırır
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.

Qeyd edək ki, Luka Zidan "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.  

Son xəbərlər

Orphus sistemi