Yuxarı

KİV: "Real Madrid" Zinəddin Zidanı geri qaytarıb

"Real Madrid" Zinəddin Zidanı geri qaytarıb

İspaniyanın "Real Madrid" klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarıb.

"Report" xəbər verir ki, bu barədə məlumat "La Sexta" telekanalında yayımlanan "Jugones" verilişində açıqlanıb.

Bildirilir ki, rəsmi qərar bu gün Madrid təmsilçisinin İdarə heyətinin iclasından sonra elan olunacaq.

Komandanın hazırkı baş məşqçisi Santyaqo Solarini isə klub rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılacaq. Lakin ona komandada başqa vəzifə veriləcək. Fransalı mütəxəssisin rəhbərliyi ilə ilk məşq martın 12-si və ya 13-də olacaq. 

Qeyd edək ki, Zinəddin Zidan 2016 - 2018-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. O, "kral klubu"nda ardıcıl üç dəfə Çempionlar Liqasının və bir dəfə La Liqanın qalibi olub. Hazırda "Real Madrid" 27 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi