KİV: "Real Madrid" yayda Qaret Beyli satacaq

KİV: "Real Madrid" yayda Qaret Beyli satacaq Bakı. 21 fevral. REPORT.AZ/ AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasının futbolçusu Qaret Beyl İspaniyanın “Real Madrid” klubunu tərk edəcək.
Futbol
21 Fevral , 2019 11:22
KİV: Real Madrid yayda Qaret Beyli satacaq

Bakı. 21 fevral. REPORT.AZ/ AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasının futbolçusu Qaret Beyl İspaniyanın “Real Madrid” klubunu tərk edəcək.

“Report” “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçsi əsas heyət uğrunda mübarizədə Lukas Vaskes və Vinisius Juniora uduzan 30 yaşlı yarımmüdafiəçini cari mövsüm başa çatandan sonra satacaq. Q.Beylin hələ ötən yay iş yerini dəyişmək istədiyi, lakin “Kral klubu”nun onu qalmağa razı saldığı bildirilir.

Q.Beylla İngiltərənin “Çelsi” və “Mançester Yunayted” klubları da maraqlanır. Onun London təmsilçisi “Tottenhem”ə qayıtması da mümkündür.

Qeyd edək ki, uelsli futbolçu 2013-cü ildə 101 milyon avroya “Tottenhem”dən “Real Madrid”ə keçib. Onun İspaniya klubu ilə 2022-ci ilin iyununa qədər müqaviləsi var. Azərbaycan və Uels yığmaları sentyabrın 6-da Kardiff şəhərində, noyabrın 16-da Bakıda üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi