"Real Madrid" yay transfer kampaniyasını başa vurub

"Real Madrid" yay transfer kampaniyasını başa vurub Bu barədə Zinəddin Zidan klub prezidenti ilə görüşündə bildirib
Futbol
29 Avqust , 2017 09:23
Real Madrid yay transfer kampaniyasını başa vurub

Bakı. 29 avqust. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu yay transfer kampaniyasını yekunlaşdırıb.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, bu barədə futbol komandasının baş məşqçisi Zinəddin Zidan klub prezidenti Florentino Pereslə görüşündə bildirib.

Fransalı mütəxəssis heyətdə güclənməyə artıq ehtiyac duyulmadığını söyləyib. Bu isə Fransa "Monako"sundan Kilian Mbappenin transfer olunacağına dair söz-söhbətə son qoyulduğu anlamına gəlir. 

Qeyd edək ki, bu yay "Real Madrid"ə müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Dani Sebalyos cəlb olunub. Əvəzində komandanı hücumçu Alvaro Morata, yarımmüdafiəçi Xames Rodriges və müdafiəçilər Danilo, Fabio Koentrau və Pepe tərk edib. 

Son xəbərlər

Orphus sistemi