Yuxarı

"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb

Tərəflər 2 illik müqaviləyə qol çəkib

Bakı. 12 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Toni Kroosla müqavilə müddətini artırıb.

"Report"un Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək. Əvvəlki müqaviləyə əsasən Kroos 2020-ci ilədək "Real Madrid"də qalmalı idi.

26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda keçirilib.

Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Almaniyanın "Bavariya" klubundan transfer edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi