ÇL: "Real Madrid" PSJ-yə uduzub, "Yuventus" və "Qalatasaray" ilk oyunda heç-heçə edib

ÇL: "Real Madrid" PSJ-yə uduzub, "Yuventus" və "Qalatasaray" ilk oyunda heç-heçə edib UEFA Çempionlar Liqasında qrup mərhələsində I tura yekun vurulub.
Futbol
19 Sentyabr , 2019 00:54
ÇL: Real Madrid PSJ-yə uduzub, Yuventus və Qalatasaray ilk oyunda heç-heçə edib

UEFA Çempionlar Liqasında qrup mərhələsində I tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub. 

Türkiyənin "Qalatasaray" komandası Belçikada "Brügge" ilə heç-heçə (0:0) edib. A qrupunun digər matçında Fransa PSJ-si İspaniya "Real Madrid"ini 3:0 hesabı ilə üstələyib.

B qrupunun iddialı komandalarından Almaniya "Bavariya"sı Serbiyanın "Srvena Zvezda" komandasını məğlub edib - 3:0. İngiltərə "Tottenhem"i isə səfərdə Yunanıstan "Olimpiakos"unun müqavimətini qıra bilməyib - 2:2.

C qrupunda "Dinamo" (Zaqreb, Xorvatiya) turnirdə debüt edən İtaliya "Atalanta"sına 4 cavabsız qolla qalib gəlib. Ukrayna "Şaxtyor"u (Donetsk) evdə İngiltərənin "Mançester Siti" kollektivinə uduzub - 0:3.

Nəhayət, D qrupunda İtaliya çempionu "Yuventus" İspaniyada "Atletiko" ilə heç-heçə (2:2) edib. Rusiya "Lokomotiv"i isə gözlənilmədən Almaniyada "Bayer"i məğlubiyyətə uğradıb.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A Qrupu

20:55. "Brügge" (Belçika) - "Qalatasaray" (Türkiyə) - 0:0

23:00. PSJ (Fransa) - "Real Madrid" (İspaniya) - 3:0

Qol: Anxel Di Maria, 14.33. Thomas Meunier, 90

B qrupu

20:55. "Olimpiakos" (Yunanıstan) - "Tottenhem" (İngiltərə) - 2:2

Qollar: Daniel Podence, 44. Matyö Valbuena, 54 (pen) Harri Keyn, 26 (pen). Lukas Moura, 31

23:00. "Bavariya" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qol: Kinqsli Koman, 34. Robert Levandovski, 80. Tomas Müller, 90

C qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Atalanta" (İtaliya) - 4:0

Qol: Marin Leovac, 11. Mislav Orsic, 31. 42. 68

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 0:3

Qol: Riyad Mahrez, 24. İlkay Gündoğan, 38. Qabriyel Jesus, 76

D qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:2

Qol: Stefan Savic, 69. Hector Herrera, 90 - Xuan Kuadrado, 48. Blez Matuidi, 65

23:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Lokomotiv" (Moskva) - 1:2

Qol: Benedikt Hövedes, 25 (Avtoqol) - Grzegorz Krychowiak, 16. Dmitri Barinov, 37

Son xəbərlər

Orphus sistemi