"Real Madrid" "Portu" klubunun futbolçusunu transfer edib

"Real Madrid" "Portu" klubunun futbolçusunu transfer edib Danilo ilə 2021-ci ilədək müqavilə bağlanılıb
Futbol
1 Aprel , 2015 10:33
Real Madrid Portu klubunun futbolçusunu transfer edib

Bakı. 1 aprel. REPORT.AZ/ Portuqaliyanın "Portu" klubunun və Braziliya yığmasının futbolçusu Danilo İspaniya "Real Madrid"i ilə müqavilə bağlayıb. "Report"un Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçinin anlaşması 2021-ci ilədək qüvvədə olacaq.

Onun illik əmək haqqı 2 milyon avro təşkil edəcək. "Portu"ya isə bu transfer qarşılığında 31,5 milyon avro ödəniləcək.

Qeyd edək ki, Danilo iyunun 30-dan "Real Madrid"in oyunçusu olacaq.

Son xəbərlər

Orphus sistemi