Yuxarı

"Real Madrid" növbəti oyunlarda Eden Azarın xidmətindən yararlana bilməyəcək

"Real Madrid" növbəti oyunlarda Eden Azarın xidmətindən yararlana bilm

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Eden Azar La Liqanın növbəti 2 turuna da buraxacaq.

“Report” AS-a istinadən xəbər verir ki, məşqdə budu zədələndiyi üçün “Selta” ilə I turun görüşündə meydana çıxa bilməyən 28 yaşlı hücumçunun bərpası zaman alacaq.

O, avqustun 24-də “Valyadolid”, sentybarın 1-də isə “Vilyarreal”a qarşı matçlarda iştirak etməyəcək.

Qeyd edək ki, “Real Madrid” ilk turda “Selta”nı səfərdə 3:1 hesabı ilə məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi