"Real Madrid"lə Çempionlar Liqası matçı azarkeşsiz keçiriləcək

"Real Madrid"lə Çempionlar Liqası matçı azarkeşsiz keçiriləcək Polşa klubu azarkeşlərinə görə cəzalanıb
Futbol
29 Sentyabr , 2016 17:04
Real Madridlə Çempionlar Liqası matçı azarkeşsiz keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında Polşanın "Legiya" və İspaniyanın "Real Madrid" komandaları arasında IV tur matçı azarkeşsiz keçiriləcək. 

"Report"un məlumatına görə, UEFA Nizam-İntizam Komitəsi "Legiya"nı cəzalandırmağı qərara alıb.

Buna Varşava təmsilçisi azarkeşlərinin II turda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə görüş zamanı törətdiyi çaxnaşma səbəb olub. Onlar sevimli komandalarının Çempionlar Liqasına qayıdışını pirotexnika şousu ilə qeyd ediblər. Bu zaman fanatlar və stüardlar arasında toqquşma baş verib.

"Legiya"ya qarşı azarkeşlər tərəfindən asayişin pozulması, pirotexnikadan istifadə, meydana əşyaların atılması, irqçi şüarlar, habelə, oyunun təşkili və keçirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulması ittihamları irəli sürülüb. Nəticədə "Legiya" "Real Madrid"lə oyunu azarkeşsiz keçirməkdən əlavə, UEFA-ya 80 min dollar cərimə ödəyəcək.

Qeyd edək ki, "Borussiya" ilə görüşdə Polşa klubunun böyük hesabla uduzub - 0:6. "Legiya" - "Real Madrid" matçı noyabrın 2-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi