Yuxarı
    Bağlamaq

    "Real Madrid" klubunun cəzası azaldılıb

    Klub qış transfer pəncərəsində heç bir futbolçu keçidi reallaşdıra bilməyəcək

    Bakı. 20 dekabr. REPORT.AZ/ Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən İspaniyanın "Real Madrid" klubuna qoyulan transfer qadağasının müddətini azaldıb. 

    "Report"un "Eurosport"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin cəza müddəti 1 transfer pəncərəsi olub.

    Ali futbol qurumu 18 yaşadək futbolçuların transferində qanunsuzluq aşkarladığı üçün "Real Madrid"ə 2 transfer pəncərəsində futbolçu keçidi etmək qadağası qoyub. CAS-ın qərarına əsasən, cəza müddəti 2017-ci ilin qış transfer pəncərəsinə şamil olunacaq.

    CAS Madird "Atletiko"sunun eyni əmələ görə cəzalanmasına isə münasibət bildirməyib.

    Qeyd edək ki, 2014-cü ildə isə İspaniyanın "Barselona" klubu analoji hadisəyə görə, 2 transfer dövründə heç bir futbolçu keçidi reallaşdırmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi