Yuxarı

​"Real Madrid" klubunun 2 futbolçusu zədələnib

Danilo və Xames Rodriges bir ayadək sıradan çıxıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun 2 futbolçusu sıradan çıxıb. "Report"un Madrid klubunun saytına istinadən verdiyi məlumata görə, Danilo Luis da Silva və Xames Rodriqes zədələnib.

Tibbi müayinə zamanı Danilonun sağ ayaq dabanında yırtıq aşkarlanıb. Kolumbiya və Peru milliləri arasında keçirilən matçda zədə alan Rodrigesin isə sol ayağında əzələ yırtılması olduğu müəyyən edilib.

Klub zədəlilərin nə vaxt meydana qayıdacağı ilə bağlı açıqlama verməsə də, yerli mətbuat Danilonun 1 ay, Rodrigesin isə 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi