​"Real Madrid" klubu yeni rekorda imza atıb

​"Real Madrid" klubu yeni rekorda imza atıb İspaniya təmsilçisi Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib
Futbol
1 May , 2015 11:21
​Real Madrid klubu yeni rekorda imza atıb

Bakı. 1 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol klubu yeni rekorda imza atıb. "Report"un məlumatına görə, "kral klubu" ardıcıl 19-cu dəfə Çempionlar Liqasında iştirak hüququ qazanıb.

"Real Madrid"in Avropanın ən nüfuzlu klub turnirində iştirakı La Liqanın XXXIV turunda "Rayo Valyekano" və "Valensiya" komandalarının qarşılaşmasından sonra rəsmən dəqiqləşib. Səfər görüşündə aktivinə bir xal yazan "Valensiya"nın qarşıdakı 4 turda maksimum nəticə göstərsə də, hazırda ikinci pillədə qərarlaşan "Real Madrid"ə çatmaq imkanı yoxdur.

Madridlilərin ən nüfuzlu klub turnirinə ölkə çempionu və ya gümüş medalın sahibi kimi yollanacağı qarşıdakı turlarda məlum olacaq.

Qeyd edək ki, İspaniya La Liqasında mövsümün bitməsinə 4 tur qalıb.

Son xəbərlər

Orphus sistemi