“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilə ilkin razılığa gəlib

“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilə ilkin razılığa gəlib İspaniya təmsilçisi Mbappe üçün 130 milyon avro ödəməyə hazırlaşır
Futbol
22 İyun , 2017 18:19
“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilə ilkin razılığa gəlib

Bakı. 22 iyun. REPORT.AZ/ Fransanın “Monako” klubunun hücumçusu Kilian Mbappe və İtaliya təmsilçisi “Milan”ın qapıçısı Canluci Donnarumma İspaniya “Real Madrid”i ilə şifahi razılığa gəliblər. 

“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, İspaniya təmsilçisinin prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinedin Zidanın məzuniyyətdən qayıtmasını gözləyir.

C.Donnaruma ilə bağlı məsələdə “Real Madrid”in tələsmək fikri yoxdur. Çünki “Milan” onun 2018-ci ilin yayına qədər klubda qalacağını açıqlayıb. K.Mbappeyə gəlincə, 19 yaşlı futbolçu artıq “kral klubu”nda çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, Kiliam Mbappenin mümkün transferinin 130 milyon avro təşkil edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi