"Real Madrid" Kilian Mbappe üçün "Monako"ya 180 milyon avro ödəyəcək

"Real Madrid" Kilian Mbappe üçün "Monako"ya 180 milyon avro ödəyəcək İspaniya təmsilçisinin Fransa yığmasının üzvü ilə 6 illik müqavilə bağlayacağı bildirilir
Futbol
25 İyul , 2017 16:15
Real Madrid Kilian Mbappe üçün Monakoya 180 milyon avro ödəyəcək

Bakı. 25 iyul. REPORT.AZ/ Fransanın “Monako” klubunun hücumçusu Kilian Mbappe İspaniya təmsilçisi “Real Madrid”ə keçməyə yaxındır. “Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, paytaxt klubu 18 yaşlı hüçumçu üçün 180 milyon avro ödəyəcək.

Rekord transfer məbləğinin 160 milyonu dərhal “Monako”nun hesabına köçürüləcək. 20 milyon isə bonus şəklində ödəniləcək.

“Real Madrid”in Fransa yığmasının üzvü ilə 6 illik müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, futbol tarixinin ən bahalı transferini ötən il "Mançester Yunayted" reallaşdırıb. İngiltərə təmsilçisi fransız yarımmüdafiəçi Pol Poqba üçün İtaliyanın "Yuventus" klubuna 105,2 milyon avro ödəyib.

Son xəbərlər

Orphus sistemi