"Real Madrid"in baş məşqçisi mayın 24-də rəsmən istefaya göndəriləcək

"Real Madrid"in baş məşqçisi mayın 24-də rəsmən istefaya göndəriləcək Qərarı klub prezidenti açıqlayacaq
Futbol
21 May , 2015 09:36
Real Madridin baş məşqçisi mayın 24-də rəsmən istefaya göndəriləcək

Bakı. 21 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti istefaya göndəriləcək. "Report"un "Sky Sport Italia"ya istinadən verdiyi məlumata görə, klub prezidenti Florentino Peres bu barədə mayın 24-də rəsmən açıqlama verəcək.

İtaliyalı mütəxəssisi Almaniyanın "Borussiya" (Dortmund) komandasının baş məşqçisi Yurgen Klopp əvəzləyəcək.

Qeyd edək ki, Karlo Ançelotti 2013-cü ilin yayından "Real Madrid"in baş məşqçisidir. 

Son xəbərlər

Orphus sistemi