"Real Madrid"in müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb

"Real Madrid"in müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb İspaniyanın Real Madrid komandasının futbolçusu Alvaro Ordiosola mövsümün sonuna kimi sıradan çıxıb.
Futbol
19 Aprel , 2019 19:11
Real Madridin müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxıb

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Alvaro Ordiosola mövsümün sonuna kimi sıradan çıxıb. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi məşqdə zədələnib. İspaniyalı oyunçunun körpücük sümüyü sınıb. 

O, Zinəddin Zidanın baş məşqçi postuna qayıtmasından sonra 4 matçda start heyətdə meydanda olub. 

Qeyd edək ki, Alvaro Ordiosola bu mövsüm 22 oyunda iştirak edib və 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi