"Real Madrid"in futbolçusuna qarşı yeni ittiham irəli sürülüb

"Real Madrid"in futbolçusuna qarşı yeni ittiham irəli sürülüb Kərim Benzemanın adı narkotik alverində hallandırılır
Futbol
18 Mart , 2016 09:58
Real Madridin futbolçusuna qarşı yeni ittiham irəli sürülüb

Bakı. 18 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema daha bir qalmaqalla diqqət mərkəzinə düşüb. "Report"un "Liberation"a istinadən məlumatına görə, fransalı hücumçu bu dəfə narkotik ticarəti ilə bağlı pulların yuyulmasında ittiham olunur. 

Araşdırmalar 2015-ci ilin sentyabrında başladılıb. Benzemanın özü isə bu fırıldaqlıqlarda həddindən artıq böyük vəsait itirib. 

Qeyd edək ki, daha öncə Kərim Benzema Fransa millisindən kənarlaşdırılıb. O, "Lion"un oyunçusu Matyö Valbuenaya qarşı şantajda ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi