"Real Madrid"in futbolçusu haqqında sənədli film təqdim olunub

"Real Madrid"in futbolçusu haqqında sənədli film təqdim olunub Bakı. 5 may. REPORT.AZ/ Neflix şirkəti İspaniyanın Real Madrid klubunun futbolçusu Kərim Benzema haqqında sənədli film nümayiş etdirib.
Futbol
5 May , 2018 10:06
Real Madridin futbolçusu haqqında sənədli film təqdim olunub

Bakı. 5 may. REPORT.AZ/ "Neflix" şirkəti İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema haqqında sənədli film nümayiş etdirib.

"Report"un xəbərinə görə, 2 saat davam edən filmdə 31 yaşlı hücumçunun həyatı, karyerası və bu vaxta qədər hansı problemlərlə üzləşdiyi barədə məlumat verilib.

Filmdə həmçinin Madrid klubunun ulduz futbolçusu Kriştianu Ronaldu, komandanın sabiq baş məşqçisi Karlo Ançelotti, hazırkı məşqçi Zinəddin Zidan və klub prezidenti Florentino Peres də iştirak edib.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. Futbolçu bütün turnirlər daxil olmaqla 407 oyunda iştirak edib və 191 qol vurub. 

Son xəbərlər

Orphus sistemi