"Real Madrid"in futbolçusu balıqçıları xilas etməyə kömək edib

"Real Madrid"in futbolçusu balıqçıları xilas etməyə kömək edib Bakı. 23 iyul. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun futbolçusu Fabio Koentrao 15 balıqçını xilas etməyə kömək edib.
Futbol
23 İyul , 2018 12:20
Real Madridin futbolçusu balıqçıları xilas etməyə kömək edib
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Fabio Koentrao 15 balıqçını xilas etməyə kömək edib.

"Report" "El Bernabeu"ya istinadən xəbər verir ki, balıqçılar sahildən 18 kilometr uzaqlıqda qəzaya uğrayıb. Onlar Aveyru şəhərinə kömək üçün siqnal göndərməyə müvəffəq olublar.

Portuqaliyalı müdafiəçinin sahibi olduğu "Vitoriya Koentrao" gəmisi balıqçılara ən yaxın olub. Gəminin ekipajı hadisə yerinə çatıb və qəzaya uğrayanları xilas edib.

Qeyd edək ki, Fabio Koentrao 2017/2018 mövsümündə icarə əsasında Portuqaliyanın "Sportinq" klubunda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi