"Real Madrid"in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb

"Real Madrid"in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb Bakı. 13 fevral. REPORT.AZ/ Hollandiyanın dörd vətəndaşı Çempionlar Liqasının 1/8 final mərhələsində Ayaksın İspaniya Real Madridi ilə matç öncəsi asayişi pozduqlarına görə saxlanılıb.
Futbol
13 Fevral , 2019 20:32
Real Madridin futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Hollandiyanın dörd vətəndaşı Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"ın İspaniya "Real Madrid"i ilə matç öncəsi asayişi pozduqlarına görə saxlanılıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, fanatlar gecə saat 4-də Madrid təmsilçisinin Amsterdamda qaldığı otelin yanında səs-küy salıb və fişənglər yandırıblar.

Qeyd edək ki, "Ayaks" - "Real Madrid" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu martın 5-də olacaq. 

Son xəbərlər

Orphus sistemi