Yuxarı

"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi

"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi

1181

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Qreqorio Benito dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub prezidenti və idarə heyəti klubun əfsanələrindən biri olan Benitonun vəfatından dərin təəssüf hissi keçirir.

Qeyd edək ki, Qreqorio Benito 1966-1982-ci illərdə “Real Madrid”də çıxış edib. Sabiq mərkəz müdafiəçisi komanda ilə 6 dəfə La Liqanın, 5 dəfə isə İspaniya Kubokunun qalibi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi