​"Real Madrid"in baş məşqçisi istefaya göndərilib

​"Real Madrid"in baş məşqçisi istefaya göndərilib Əvəzində bu post Zinəddin Zidana tapşırılıb
Futbol
4 Yanvar , 2016 19:48
​Real Madridin baş məşqçisi istefaya göndərilib

Bakı. 4 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Rafael Benites istefaya göndərilib.

"Report"un "Marca"ya istinadən məlumatına görə, bu barədə qərar klub prezidenti Florentino Peresin rəhbər heyət üzvləri ilə keçirdiyi görüşdə qəbul olunub.

55 yaşlı mütəxəssislə anlaşma pozulub. Əvəzində bu post Zinəddin Zidana tapşırılıb. Zidan Benitesi əvəzləməyə razılıq verib. Benitesin istefaya göndərildiyinə dair xəbər tezliklə rəsmən açıqlanacaq.

Qeyd edək ki, İspaniya çempionatında 18 turdan sonra "Real Madrid" 37 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi