Yuxarı

"Real Madrid"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib

"Real Madrid"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib

Bakı. 31 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postuna əsas namizəd müəyyənləşib. 

"Report"un COPE radiosuna istinadən verdiyi məlumata görə, bu, hazırda İngiltərə "Tottenhem"inin sükanı arxasında olan Maurisio Poçettinodur. "Kral klubu"nun rəhbərliyi argentinalı mütəxəssisi Madrid təmsilçisinə ən layiqli namizəd hesab edir.

Qeyd edək ki, "Tottenhem" rəhbərliyi bir neçə gün əvvəl Maurisio Poçettino ilə müqavilə müddətini 2023-cü ilədək uzadıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi