​"Real Madrid" İspaniya Kubokunun finalında ev sahibi olmaqdan imtina edib

​"Real Madrid" İspaniya Kubokunun finalında ev sahibi olmaqdan imtina edib Madrid klubu milyon avroluq təklifdən üz döndərib
Futbol
7 Mart , 2015 11:24
​Real Madrid İspaniya Kubokunun finalında ev sahibi olmaqdan imtina edib

Bakı. 7 mart. REPORT.AZ/ "Real Madrid" klubu İspaniya Kubokunun finalında baş tutacaq "Barselona" - "Atletik Bilbao" görüşünün "Santyaqo Bernabeu"da keçirilməsinə razı olmayıb. 

"Report"un məlumatına görə, İspaniya Futbol Federasiyası bunun üçün Madrid klubuna 1 milyon avro təklif edib.

Barselona və Bilbao təmsilçilərinin prezidentləri Xosep Bartomeu və Xosu Urrutiya görüş zamanı Madrid stadionunun əlverişli yer olduğu qənaətinə gəlmişdilər. 81 min azarkeş tutumuna malik stadionda hər komanda üçün 40 minlik yer ayrılacağı planlaşdırılmışdı.

Lakin "Real Madrid" rəhbərinin bu qərarı finalçıların fikirlərinin dəyişməsinə səbəb olub. Madridlilərin bu addımının səbəbi rəsmi olaraq açıqlanmır. Məlumata görə, final matçının favoriti olan "Barselona"nın "Santyaqo Bernabeu"da çempion olmaması üçün "Real Madrid" bu cür addım atıb.

Qeyd edək ki, 2011/2012 mövsümündə İspaniya Kubokunun finalında da "Atletik Bilbao" - "Barselona" (0:3) qarşılaşmasının "Santyaqo Bernabeu"da keçirilməsi təklif olunmuşdu. O zaman da "Real Madrid" bu təklifi rədd etmişdi.

Son xəbərlər

Orphus sistemi