Yuxarı

"Real Madrid"dən rusiyalı futbolçuya görə şikayət edilib

Kral klubu İspaniya Kubokundan kənarlaşdırıla bilər

Bakı. 3 dekabr. REPORT.AZ/ İspaniyanın "Kadis" klubu "Real Madrid"in futbolçusu Denis Çerışevin ölkə kubokunun 1/8 final matçında iştirakı ilə bağlı rəsmi etiraz bildirib. "Report"un məlumatına görə, buna rusiyalı yarımmüdafiəçinin cəzalı durumda olduğu halda, iki komanda arasındakı matça çıxması səbəb olub. 

Çerışey ötən mövsüm "Vilyarreal"ın heyətində olduğu vaxt Kral Kubokunda 3 sarı vərəqə alıb. Qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. Amma 25 yaşlı oyunçu "Kadis"lə matçın start heyətində yer alıb və fasilədə əvəzlənib. 

"Kral klubu" cəzalı futbolçunu meydana buraxdığı üçün kubokdan kənarlaşdırıla, görüşün nəticəsi isə ləğv oluna bilər. 

Qeyd edək ki, görüş "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi