"Real Madrid" və "Yuventus" Çempionlar Liqasında yarımfinala yüksəldi

"Real Madrid" və "Yuventus" Çempionlar Liqasında yarımfinala yüksəldi Yarımfinal oyunları 5-6 may tarixlərində, cavab qarşılaşmalar isə 12-13 mayda keçiriləcək
Futbol
23 Aprel , 2015 01:55
Real Madrid və Yuventus Çempionlar Liqasında yarımfinala yüksəldi

Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 22-də futbol üzrə Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

İspaniyalı futbolsevərlər Madrid derbisinin şahidi olublar. "Real Madrid" öz meydanında "Atletiko" ilə münasibətlərinə aydınlıq gətirib.

İlk qarşılaşma qolsuz başa çatdığından, tərəflər son dəqiqəyə qədər rəqib qapısına yol tapmağa çalışıblar.

90 dəqiqənin sonunda sevinən tərəf Havier Ernandesin 88-ci dəqiqədə vurduğu qolla "Real Madrid" olub. Sahədən minimal qələbə ilə (1:0) ayrılan Madrid klubunun rəqibi isə püşk atma nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, 1/4 finalın digər cavab matçında “Yuventus” səfərdə “Monako”yla qarşılaşıb.

Bu oyun qolsuz heç-heçəylə yekunlaşsa da, "Yuventus"un ilk oyunda qazandığı 1:0-lıq qələbə İtalya azarkeşlərini sevindirib. 

Qeyd edək ki, yarımfinal oyunları 5-6 may tarixlərində, cavab qarşılaşmalar isə 12-13 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi