Yuxarı

"Real Madrid", "Atletiko" və "Barselona"nın sabiq baş məşqçisi vəfat etdi

"Real Madrid", "Atletiko" və "Barselona"nın sabiq baş məşqçisi vəfat e

757

İspaniyanın "Real Madrid", "Atletiko" və "Barselona" futbol komandalarının sabiq baş məşqçisi Radomir Antiç vəfat edib. 

"Report"un məlumatına görə, serbiyalı mütəxəssis 71 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, Radomir Antiç İspaniyanın 3 böyük komandasına müxtəlif vaxtlarda rəhbərlik etmiş yeganə mütəxəssisdir. Onun rəhbərliyi altında "Atletiko" 1995/1996 mövsümündə İspaniya çempionluğu və kubokunu qazanıb. Oyunçu karyerası ərzində isə Antiç Serbiyanın "Partizan", Türkiyənin "Fənərbağça" və İspaniyanın "Saraqosa" klublarında çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi