"Real Madrid" Antonio Konteni baş məşqçi postuna gətirməkdən imtina edə bilər

"Real Madrid" Antonio Konteni baş məşqçi postuna gətirməkdən imtina edə bilər Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın Real Madrid klubu italiyalı baş məşqçi Antonio Konte ilə danışıqlar aparıb.
Futbol
29 Oktyabr , 2018 19:58
Real Madrid Antonio Konteni baş məşqçi postuna gətirməkdən imtina edə bilər
Antonio Konte

Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu italiyalı baş məşqçi Antonio Konte ilə danışıqlar aparıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, tərəflər arasındakı danışıqlar zamanı bəzi fikir ayrılıqları yaranıb. 

Bildirilir ki, təcrübəli mütəxəssis Madrid təmsilçisindən uzunmüddətli müqavilə tələb edib. Tərəflər həmçinin maliyyə məsələsində də razılıq əldə edə bilməyiblər. 

İspaniya nəhənginə əsas namizəd klubun ehtiyat komandası hesab olunan "Kastiliya"nın hazırkı baş məşqçisi Santyaqo Solari göstərilib. 

Qeyd edək ki, "Real Madrid"in yaxın zamanda baş məşqçisi Xulen Lopetegi ilə yollarını ayıracağı gözlənilir. Komanda La Liqanın X turunda səfərdə "Barselona"ya 1:5 hesabı ilə uduzub. “Kral klubu” hazırda 14 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi