Yuxarı
    Bağlamaq

    ​"Real" klubu Kriştiano Ronaldoya 1 milyard avro qiymət qoyub

    PSJ heyətini portuqaliyalı futbolçu ilə gücləndirə bilər

    Bakı. 10 sentyabr. REPORT.AZ/ İspaniyanın "Real" futbol klubu yaxın vaxtlarda portuqaliyalı hücumçu Kriştiano Ronaldonu satmaq niyyətində deyil.

    "Report" xəbər verir ki, bunu klubun prezidenti Florentino Peres bildirib.

    O, həmçinin qeyd edib ki, futbolçunun xidmətlərində maraqlı olan PSJ heyətini portuqaliyalı futbolçu ilə gücləndirə bilər, lakin parislilər onun transferinə görə 1 milyard avro ödəməli olacaqlar.

    "Əgər PSJ Kriştiano Ronaldonu istəyirsə, o zaman hər şey çox sadədir: onlar 1 mlrd. avro ödəməli olacaqlar. Futbolda nəyisə qabaqcadan demək çətindir, lakin biz portuqaliyalı ilə 2016-cı ildə ayrılmaq niyyətində deyilik. Onun klub ilə müqaviləsi daha üç il müddətinə nəzərdə tutulub", — deyə Peres xatırladıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi