​"Real" klubunun futbolçusu Kərim Benzema təyyarə alıb

​"Real" klubunun futbolçusu Kərim Benzema təyyarə alıb Hava gəmisinin qiyməti təqribən 4-20 milyon dollar arasında dəyişir
Futbol
27 Mart , 2016 17:10
​Real klubunun futbolçusu Kərim Benzema təyyarə alıb

Bakı. 27 mart. REPORT.AZ/ İspaniyanın "Real" klubunun və Fransa yığma komandasının futbolçusu Kərim Benzema özünə təyyarə alıb.

"Report" xəbər verir ki, futbolçu bu barədə məlumatı öz "Instagram" səhifəsində paylaşıb.

"La Gazzetta dello Sport" nəşri Benzemanın "Gulfstream G200 Business Jet" təyyarəsi aldığını və onun qiymətinin istehsal tarixindən asılı olaraq təqribən 4-20 milyon dollar arasında dəyişdiyini yazır.

Dünya idmanının futbolçu Kriştiano Ronaldo, Qaret Beyl, Neymar, Lionel Messi, Devid Bekhem, boksçu Floyd Meyvezer kimi ulduzları şəxsi təyyarəyə malikdirlər.

Son xəbərlər

Orphus sistemi