"Real" İspaniya çempionatına qələbə ilə başlayıb - VİDEO

"Real" İspaniya çempionatına qələbə ilə başlayıb - VİDEO Bakı. 20 avqust. REPORT.AZ/ Madridin Real klubu futbol üzrə İspaniya çempionatının 2018/19-cu illər mövsümünun I tur oyununda Xetafeni qəbul edib.
Futbol
20 Avqust , 2018 07:14
Real İspaniya çempionatına qələbə ilə başlayıb - VİDEO

Bakı. 20 avqust. REPORT.AZ/ Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 2018/19-cu illər mövsümünun I tur oyununda "Xetafe"ni qəbul edib.

“Report” xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutan görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolun müəllifi Daniel Karvaxal olub. Komandanın ikinci qolunu hücumçu Qaret Beyl vurub.

Ötən il "Real" çempionatı Zinəddin Zidanın rəhbərliyi altında 3-cü yerdə bitirib. Birinci yeri "Barselona" tutub.

İspaniya Primerosu, I tur

"Real" – "Xetafe" - 2:0

Qollar: 1:0 – Karvaxal – 20, 2:0 – Beyl – 51

Son xəbərlər

Orphus sistemi