“Real” əzəli rəqibi “Barselona”nın xal fərqini artırmasına imkan vermədi

“Real” əzəli rəqibi “Barselona”nın xal fərqini artırmasına imkan vermədi Hazırda turnir cədvəlinə başçılıq edən “Barselona”nın 81, ikinci yeri tutan “Real”ın isə 79 xalı var
Futbol
27 Aprel , 2015 03:22
“Real” əzəli rəqibi “Barselona”nın xal fərqini artırmasına imkan vermədi

Bakı. 27 aprel. REPORT.AZ/ İspaniya La liqasının 33-cü turu liderlərin mübarizəsinin gərginliyi ilə yadda qalıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bir gün əvvəl “Espanyol”u məğlub edən “Barselona” ikinci pillədə yer alan “Real” (Madrid) klubu ilə arasındakı xal fərqini 5-ə qaldırmışdı. Odur ki, “Selta”-“Real” qarşılaşması xüsusi maraqla gözlənilirdi.

Olduqca dramatik və maraqlı keçən bu oyunda qapılara 6 top vuruldu. Hesabı meydan sahibləri açsa da, madridlilər çox keçmədən cavab topunu vura bildilər. Sonra rəqiblər yenə hərəyə bir dəfə fərqləndilər. Bundan sonra rəqib qapısına daha iki qol vuran “Real” çox mühüm qələbə qazandı – 4:2.

Hazırda turnir cədvəlinə başçılıq edən “Barselona”nın 81, ikinci yeri tutan “Real”ın isə 79 xalı var.

Son xəbərlər

Orphus sistemi