"Real" Çempionlar Liqasının 50-ci səfər matçında qələbə qazanmış ilk komanda olub

"Real" Çempionlar Liqasının 50-ci səfər matçında qələbə qazanmış ilk komanda olub "Kral klubu" bu göstəriciyə görə "Barselona"nı geridə qoyub
Futbol
22 Noyabr , 2017 04:35
Real Çempionlar Liqasının 50-ci səfər matçında qələbə qazanmış ilk komanda olub

Bakı. 22 noyabr. REPORT.AZ/ Madridin "Real" klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci tur matçında Kipr APOEL-ni 6:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, bu qələbə "Kral klubu" üçün ÇL çərçivəsində keçirilən səfər matçlarında sayca 50-ci olub.

"Real" bu göstəriciyə görə, aktivində 49 səfər qələbəsi olan Kataloniya "Barselona"sını geridə qoyaraq birinci yerə çıxıb.

Son xəbərlər

Orphus sistemi