"Real" "Çelsi"yə Eden Azar üçün 120 milyon avro təklif edəcək

"Real" "Çelsi"yə Eden Azar üçün 120 milyon avro təklif edəcək Azar "Çelsi" ilə müqaviləsini uzatmaqdan imtina edib
Futbol
1 Yanvar , 2018 12:19
Real Çelsiyə Eden Azar üçün 120 milyon avro təklif edəcək

Bakı. 1 yanvar. REPORT.AZ/ "Real Madrid" İngiltərənin "Çelsi" kollektivinin belçikalı yarımmüdafiəçisi Eden Azarın transferi üçün 120 milyon avro həcmində təklif hazırlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb.

Bundan əvvəl 26 yaşlı belçikalı futbolçunun atası "Le Soir" nəşrinə bildirib ki, Azar "Çelsi" ilə 2020-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

Azar 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyur.

Son xəbərlər

Orphus sistemi