"Real" "Betis"i məğlub edərək La Liqada 6000-ci qolunu vurub - VİDEO

"Real" "Betis"i məğlub edərək La Liqada 6000-ci qolunu vurub - VİDEO "Kral klubu " İspaniya çempionatında bu nəticəni göstərən ilk komanda olub
Futbol
19 Fevral , 2018 01:57
Real Betisi məğlub edərək La Liqada 6000-ci qolunu vurub - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 24-cü turunda "Betis" öz meydanında Madrid "Real"ını qəbul edib.

“Report” xəbər verir ki, Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda keçirilən görüş qonaqların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda "Betis"in qollarını Ayssa Mandi, Serxio Leon və "Real"ın müdafiəçisi Naço (avtoqol) vurub. Qonaq komandanın heyətində isə Marko Asensio dubl edib, Serxio Ramos, Kriştianu Ronaldu və Kərim Benzema isə hərəyə bir dəfə fərqlənib.

Asensionun vurduğu ikinci qol madridlilər üçün 6000-ci yubiley qolu olub. "Kral klubu " İspaniya çempionatında bu nəticəni göstərən ilk komanda olub.

"Real" (45 xal) Primeronun turnir cədvəlində 4-cü pillədə qərarlaşıb, "Betis" (33) 9-cudur.

Son xəbərlər

Orphus sistemi