​"Real" futbol üzrə İspaniya Kubokunda çıxışını dayandırıb

​"Real" futbol üzrə İspaniya Kubokunda çıxışını dayandırıb "Atletiko" ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb
Futbol
16 Yanvar , 2015 01:20
​Real futbol üzrə İspaniya Kubokunda çıxışını dayandırıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Madridin "Real" klubu futbol üzrə İspaniya Kubokunun 1/8 final mərhələsinin cavab oyununda "Atletiko" ilə heç-heçə edib və yarışda çıxışını başa vurub.

"Report" xəbər verir ki, Madrid derbisi 2:2 hesabı ilə yekunlaşıb.

Bu nəticə Diyeqo Simeonenin komandasına turnirin 1/4 mərhələsinə çıxmaq üçün kifayət edib. Çünki, komandaların ilk görüşü "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya kuboku. 1/8 final. Cavab oyunu.

"Real" — "Atletiko" — 2:2

Qollar: Ramos, 20; Ronaldu, 54 — Torres, 1, 46.

Son xəbərlər

Orphus sistemi